Türkiyə mətbuatı azərbaycanlı futbolçu Ramil Şeydayevin "Kocaelispor"un heyətində I Liqanın XXX turunun "Girəsunspor"la oyununda (2:0) vurduğu debüt qolundan yazıb.
Presssport.az xəbər verir ki, “Çağdaş Kocaeli” millimizin hücumçusunun döyüşkən futbol nümayiş etdirdiyinə toxunub: "Qışda komandaya qoşulan və əvvəllər qol vura bilməyən Şeydayev nəhayət ki, “Girəsunspor”la matçda qol sevinci yaşadı. Cari mövsümdə 9 matçda meydana çıxan azərbaycanlı forvard “Göztəpə” (3:2) və “Çorum”la (1:1) oyunlarda da əla oyun nümayiş etdirmişdi. O, son matçda 79 dəqiqə meydanda olub və göstərdiyi döyüşkən futbolla yadda qalıb. Şeydayev qol vurmaqla yanaşı, 41-ci və 56-cı dəqiqələrdə rəqib qapıçı Gektan Ceryutun əks etdirdiyi təhlükəli zərbələr də etdi".
Xatırladaq ki, 28 yaşlı Şeydayev Kocaeli təmsilçisinə bu ilin qış fasiləsində keçib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC