"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun adının “Beşiktaş”la hallanmasına münasibət bildirib.
Presssport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Türkiyənin “Fanatik” nəşrinə danışıb.
O, çıxan xəbərləri təkzib edib:
“Bu xəbərlər Azərbaycan mətbuatında da dərc olunur. Ancaq Qurbanovun “Beşiktaş”a keçəcəyi barədə klubumuza rəsmi və ya qeyri-rəsmi heç bir məlumat daxil olmayıb. Baş məşqçimiz özü də bu yaxınlarda karyerasını “Qarabağ”da bitirmək istədiyini açıqlayıb”.
Xatırladaq ki, İstanbul klubu keçən həftəsonu portuqaliyalı baş məşqçi Fernandu Santuşla yollarını ayırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC