Misir yığmasının kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq. Presssport.az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Salah qrup mərhələsində Qana ilə matçda (2:2) zədələnərək, ilk hissənin sonunda əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələ zədəsi olduğu bilinib.
Beləliklə, Salah "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin heyətində olduğu Kabo- Verde yığması ilə qrup mərhələsinin son oyununu buraxacaq. Misir 1/8 finala yüksəlsə, Salah bu matçda da kənarda qalacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC