“Turan Tovuz” keçən ilin son ev matçında xoşagəlməz olayla üzləşdi. Belə ki, “Araz-Naxçıvan”la həmin görüşün 81-ci dəqiqəsində arenanın sol küncündə yerləşdirilən projektor dirəyinin güclü külək üzündən qazonun üzərinə aşmışdı.
Bundan sonra projektorlar hələ də quraşdırılmadığından, Tovuz təmsilçisi rəqiblərini axşam saatlarında qəbul edə bilmir.
Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev Presssport.az-a açıqlamasında həm projektorların quraşdırılması, həm də yeni bazanın tikintisiylə bağlı son vəziyyət haqda danışıb: “Dediyiniz məsələlərlə bağlı işlərimiz tam sürətlə davam edir. Layihələndirmə işlərimiz tamamlanıb. Hazırda dövlətdən icazə almaq mərhələsindəyik, dövlət qurumlarından icazə prosedurlarını yekunlaşdırmaq üzrəyik. Ümid edirəm ki, mövsüm başa çatmamış həm işıq dirəkləri hazır vəziyyətə gətiriləcək, yarımçıq qalmış akademiya binasının tikintisi davam etdiriləcək”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC