Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyunu PSJ-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, 25 yaşlı hücumçu bu görüşdə dubl etməsi nəticəsində karyerası ərzində avrokuboklarda vurduğu qolların sayını 48-ə yüksəldib.
Bununla da Mbappe həmin göstəricidə Zlatan İbrahimoviç və Andrey Şevçenkoya çatıb.
Rekord isə hazırda "Əl-Nəsr"də oynayan Kriştiano Ronaldoya məxsusdur - 140 qol.
Avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısı:
1. Kriştiano Ronaldo - 140 qol qol
2. Lionel Messi - 129 qol
3. Robert Levandovski - 94 qol
4. Kərim Benzema - 90 qol
5. Raul - 71 qol
6. Ruud van Nistelroy - 56 qol
7. Tomas Müller - 54 qol
8. Thierry Henry - 50 qol
9. Kilian Mbappe, Andrey Şevçenko, Zlatan İbrahimoviç - 48 qol
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC