PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona” üzərində qazandığı əzmkar qələbədən (4:1) danışıb.
Presssport.az xəbər verir ki, ərəb funksioner bu nəticənin klub üçün əla göstərici olduğunu söyləyib: "Burda qalib gəlmək asan deyil, amma komandaya arxayın idim - ilk oyundan əvvəl, ondan sonra, bugünkü oyundan əvvəl, ilk qoldan sonra da. 13 ildir görmədiyim bir şeyə şahid oldum - hamı bir yerdə idi, hamı bir-biri üçün vuruşurdu. Əla atmosfer, möhtəşəm duyğular..."
Xatırladaq ki, Parisdə 3:2 hesabıyla qalib gələn ispanlar ev matçında 29-cu dəqiqədə qırmızı vərəqə alaraq azlıqda qalıb və bundan sonra 4 qol buraxaraq uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC