Braziliya millisinin sabiq futbolçusu Romario karyerasını bərpa edib.
Presssport.a xəbər verir ki, 58 yaşlı veteran hücumçu prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oğlu Romarinyo ilə bir komandada oynayacaq.
Romario minimum maaş müqabilində klubla müqavilə imzalayıb.
“Amerika Rio-de-Janeyro” hazırda Braziliya D Seriyasında mübarizə aparır.
Xatırladaq ki, əfsanəvi futbolçu 2007-ci ildə karyerasını başa vurmuşdu. Romario PSV, "Barselona", "Valensiya", "Flamenqo" və "Vasko Da Qama" klublarında oynayıb. O, 1987-2005-ci illərdə millisində çıxış edərək, 70 oyuna 55 qol vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC