“Bilirsiniz ki, Yozef Bum bizə baxışa gəlmişdi. Çünki bunadək Türkiyədə son klubu olmuş “Antalyaspor”dan sonra 2 ildir futbol oynamırdı. Bu üzdən Türkiyədə təlim-məşq toplanışında olduğumuz müddətdə bizdə baxışdan keçdi”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Zirə”nin sabiq baş məşqçisi Ayxan Abbasov deyib.
Məlumdu ki, "qartallar"ın kamerunlu sabiq müdafiəçisi Yozef Bum bu həftə 35 yaşında vəfat edib. Bu haqda xəbər yayan Türkiyə mediası ölümün səbəblərini açıqlamayıb. Maraqlıdı ki, Bum 2017/18 mövsümündə ölkəmizdən gedəndən sonra karyerası davam etməyib. Belə olan halda, onun son klubu "Zirə", son baş məşqçisi də Abbasov olub: “Zatən onun karyerasına baxanda, oyunu göz qabağında idi. Sadəcə, fiziki göstəriciləri bizə maraqlı idi. Çox yaxşı formada idi, bizdə yaxşı mövsüm keçirdi. Bizimlə müqaviləsi də vardı, sadəcə, onun şərtlərini yerinə yetirmək istəmədi və düşərgəmizə gəlmədi. Bu, onun klubsuz qalmasının səbəblərindən biri oldu. Futbolçu kimi peşəkar, təcrübəli idi, özünəməxsu oyun üslubu vardı. Son müdafiəçinin elə soyuqqanlı olması nadir hallarda olur. Bumun sonrakı taleyi haqda məlumatımız yoxdu, Maraqlanmaq istədim, amma bir xəbər çıxmadı. Çox heyfsiləndim”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC