Nicat Abasov yenə uduzdu

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Presssport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XI turda Fransa təmsilçisi, turnir cədvəlində onu 1 pillə qabaqlayan Əlireza Firuzca ilə üz-üzə gəlib.

Qarşılaşma ağ fiqurlarla oynayan rəqibin qələbəsi ilə bitib. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində 1-ci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC