Şahruddin üçün 90 dəqiqə və 1 xal

Türkiyə Super Liqasında XIX turun oyunları keçirilir. Presssport.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" bu gün "Ankaragücü"nü qəbul edib. 

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Şahruddin 90 dəqiqə meydanda olub.

Bu, adanalıların yeni baş məşqçisi Hikmet Karamanın debütü matçı olub və göründüyü kimi, o da Məhəmmədəliyevə start heyətdə şans verib. 

21 turdan sonra 30 xal toplayan Adana klubu turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC