“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmalarını şərh edib.
Presssport.az xəbər verir ki, hazırkı komandasıyla turnirin son qalibi olan ispaniyalı mütəxəssis həmyerlilərinə təbriklərini çatdırıb: "Real"ı təbrik edirəm. Qələbə qazanmaq istəyərdim. Əlimizdən gələn hər şeyi etdik. Ona görə də heç nəyə görə qətiyyən peşman deyiləm. Bir məşqçi kimi həmişə deyirəm - əsas odur ki, daha çox qol vuraq və az qol buraxaq. Əla oynadıq, amma təəssüf ki, qalib gələ bilmədik. Futbol belədi. Bəzən penaltilər seriyasında qalib gələ bilirsən, bəzən isə bunu bacarmırsan. Amma oyunda çox yaxşı müdafiə olunsaq da, əlimizdə olan şansları qola çevirə bilmədik. Hər kəs yüksək səviyyədə çıxış etdi”.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşmışdı. Xavab görüşündə isə Madrid təmsilçisi penaltilər seriyasında rəqibini üstələyib - 4:3, əsas və əlavə vaxt - 1:1.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC