Yunanov 200-cü oyunu, zədəsi, aqressiyası haqda: "O baş məşqçi qalsa, qayıtmayacam"

“Kəpəz”in futbolçusu Amil Yunanov Premyer Liqanın son turunda "Səbail"lə səfər matçı həm uğurlu, həm də uğursuz məqmala yadda qaldı. Belə ki, 31 yaşlı hücumçu müqaviləylə məxsus olduğu komandayla səfər matçında Azərbaycan milli çempionatlarında 200-cü oyunu keçirdi. Sadəcə, Amil hələ ilk hissədə əzələ dartmasına görə əvəzlənməli oldu. Yunanov Presssport.az-a müsahibəsinə bu 2 məqamla bağlı danışmaqla başlayıb.

  • - Əslində, oyun sayım daha çox ola bilərdi. Amma yenə də normaldı. İnanıram ki, matçların sayı daha da çox olacaq. Bununla bağlı qarşıma hansısa hədəf qoymamışam. Amma rəqəm nə qədər çox olsa, bir o qədər yaxşıdı. Zədəyə gəlincə, ayağımın iç tərəfindən əzələmi dartdım. Qol epizodunda qaçanda gördüm ki, ağrıyır. Ayağımı açdım ki, elə-belə şey olar. Sonra gördüm ki, yox, dartmışam. Dedim ki, 2-3 dəqiqə də meydanda olum görüm necə olacaq, bunu işarə etdim məşqçilər korpusuna. Yavaş qaçanda heç nə yox idi, sonra uzun top gəldi, ona tərəf getmək istəyəndə gördüm ki, yox, qaça bilmirəm. Dedim ki, ziyan verməkdənsə, əvəzlənməyim yaxşıdı. Əks halda zədəm daha da ciddiləşər. 
  • - MRT müayinəsinin nəticəsi nə göstərdi? 
  • - Dərhal MRT müayinəsi etmək olmur. Çünki dəqiq göstərmir, gərək üstündən müəyyən vaxt keçsin. Ümid edək ki, ciddi olmaz. Amma görürəm ki, problem var, yeriyəndə bir az axsayıram.

- Meydandan çıxmağı heç istəmirdin….

  • - İnanırsınız, belədi. Buna görə dedim ki, hələ meydanda qalım. Əslində, normalda dərhal çıxmalı idim. Gördüm ki, oynamağım heç cür alınmır. Çox istəyirdim oynamaq, amma qismət beləymiş. 
  • - Burda rəqib amili də var ki, müqaviləylə “Səbail”ə məxsussan. Bəlkə çox istəməyin səni “yandırdı”?
  • - Bilmirəm, inanmıram. Həqiqətən bu oyunda istəyim böyük idi. Qazon amili var ki, bunu da nəzərə almaq lazımdı.
  • - Buna yaxşı toxundum. Sənə yaxşı tanış olan "ASCO Arena"nın qazonunda zədələr tez-tez olur…
  • - Bilirsiniz, o meydançanı sulayanda normal olur. Hava da isti idi, çox yaxşı da sulamamışdılar. Ona görə də quruyurdu. Baxırdım ki, qazon ağırdı. Əvvəllər məşq edəndə isə suladıqlardan normal idi. İndisə baxırsan ki, artıq bərbadlaşıb, oynanılası vəziyyətdə deyil.
  • - Dramatik matçı həm meydanı, həm də ondan kənardan izlədin. Təəssüratların necədi?
  • - Həqiqətən çox gərgin oyun keçdi. 2-ci hissədə texniki zonaya qayıdanda gördüm ki, hesab artıq 2:2-di. Şükürlər olsun ki,  yekunda məğlub olmadıq. Əsas budu. İlk hissədə həqiqətən çox gözəl, möhtəşəm oynadıq komanda olaraq. İkinci yarıda isə bir az boşluqlar elədik. Haqqımız idi ki, bu oyunda ən azı 1 xal qazanaq. 
    - Səncə, itkilər necə təsir göstərdi?
  • - Əvəzolunmaz futbolçu yoxdu, hamı hamını əvəzləyə bilər. Hardasa Georgi Papunaşvilinin yoxluğu hiss olunurdu. Amma bir şey də  var ki, onun yerinə girən Elmir Tağıyev qol vurdu. Məncə, meydanda qalsaydıq, daha yaxşı olardı. Yenə də xeyirlisi, Allahın məsləhəti beləymiş… Ən azından rəqibi tanıyırdım, fikirləşdim ki, 15-20 dəqiqədə qol buraxmasaq, oyunu aparacağıq. Ondan qorxurdum ki, 2:0-dan sonra rahatlıq olar, bundan istifadə edərlər. Belə də oldu. Hətta hesabda önə də keçmişdilər. Şükür ki, heç olmasa 1 xalla ayrıla bildik. Bu da dediyim kimi haqqımız idi. Bilirsiniz, içimdə sonadək bu hiss vardı ki, qolu vuracağıq, əziyyətimiz yerdə qalmayacaq. Çünki uşaqlar çox əziyyət çəkirdi. Şükür ki, əziyyətimzin qarşılığını aldıq. Mövsümlə bağlı tam olmasa da, hədəfə çatmağımıza az qalıb. Qış fasiləsindən sonra komandamız daha yaxşı oynadı, çox qollar vururuq. Əsas odur ki, hücum futbolu sərgiləyirik. Növbəti 6 görüşdə də bunun davamını gətirmək niyyətindəyik. Bütün matçlarda meydanda olmuşam və daim oynadıqca futbolçuda inam yaranır. Onu da nəzərə almaq lazımdır ki, qışda komandaya qoşulmaq, uyğunlaşmaq bir az çətindi.

- Qol vurmasan da, "Kəpəz"in 2-ci qolunda məhsuldar ötürmə müəllifi kimi saymaq olar. Həmin vaxt komanda yoldaşına dərha ötürmə etməyi düşünmədin?

  • - Qapıçını keçəndən sonra fikirləşdim ki, topu oyunçuya verim. Sadəcə, qabağımda rəqib olduğuna görə komanda yoldaşımı tapa bilmədim. Yaxın künc boş olduğuna görə ora zərbə vurdum, qapıçıları yaxşı oynadı. Yaxşı oldu ki, top bizim oyunçuya düşdü, o da təkrar zərbəylə toru silkələdi. Əsas qol oldu, bunu kimin vurmağın fərqi yoxdu. Başlıcası komandanın uğurudu. 
  • - Bu oyunda sabiq “Səbail”lilər fərqləndi. Sən də, Elmir də sənin kimi “Kəpəz”ə icarəyə verilib…
  • - Açıq danışaq ki, futbolçular getdikləri komandaya qarşı oynayanda istəyir bir az aqressiyasını göstərsin. Meydançada qalsaydım, əmin idim ki, 1 qol vuracaqdım. Bunu hiss edirdim. Düzdü, bu, futboldu, olmaya bilər. Amma bilirdim ki, yenə epizodlara girəcəm. Heyf ki bu şansım olmadı. inşalah, yaxşı olar, buna da şükür.
  • - “Səbail”ə avrokuboklara yolunda ağır zərbə vurdunuz. Sizcə, baş məşqçi Şahin Diniyev yayda siz komandaya qaytarar?
  • - Bilmirəm bu nə dərəcədə real olacaq. Amma “Səbail”lə pis münasibətim yoxdu, rəhbərliklə hər şey qaydasındadı. Sadəcə, fikirləşirəm ki, hazırkı baş məşqçi qalsa, ora qayıtmayacam. Qayıtmayacam deyəndə ki, onsuz da yayda müqaviləm bitir. Sadəcə, ora bağlayan bəzi şeylər var, ödənişlər məsələsidi. Yəqin, bu baş məşqçi qalar, yox, yenisi olsa, oturub danışa bilərik. “Kəpəz” amili də var, ondan başqa klubdan da təkli ola bilər. Amma real, açıq danışsaq, bu baş məşqçi qalsa, yəqin, qayıtmayacam.

  

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC