Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Kütləvi sağlamlaşdırıcı idman” ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.
Presssport.az xəbər verir ki, ADBTİA-da təşkil olunan görüşdə nazir müavini Mariana Vasileva tələbələri salamlayaraq, tədbirin məqsədi barədə məlumat verib və görüşün tələbələr üçün faydalı olacağına əmin olduğunu bildirib.
Sual-cavab formatında keçirilən görüşdə 200-dək tələbə iştirak edib. Tələbələrə gənclər arasında idmanın təbliği, kütləvi idmanın insan həyatında rolu, kütləvi tədbirlərin əhəmiyyəti və vacibliyi haqqında məlumat verilib. Görüşdə tələbələri dinləyən nazir müavini tələblərin sosial aktivliyi, idmana maraqları barədə fikir mübadiləsi aparıb.
Görüş zamanı tələbələr arasında sorğu keçirilib. Eləcə də, sonda fəal tələbələrə hədiyyə təqdim olunub.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Akademiyanın prorektorları Almaz Ələkbərova, Rafail Novruzov və Rizvan Əliyev də iştirak ediblər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC