Tuhel bunu bacaran ilk alman məşqçi oldu

“Bavariya”nın baş məşqçisi Tomas Tuhel yeni rekorda imza atıb.

Presssport.az xəbər verir ki, o, üç fərqli komandanı Çempionlar Liqasının yarımfinalına çıxaran ilk alman məşqçisi olub. 

51 yaşlı Tuhel 2019/20 mövsümündə PSJ ilə yarımfinala çıxıb, 2020/21 mövsümündə isə “Çelsi" ilə turnirin qalibi olub.

Xatırladaq ki, "Bavariya" bu mövsüm Çempionlar Liqasının 1/4 finalında "Arsenal"ı məğlub edərək (2:2, 1:0) yarımfinala vəsiqə qazanıb. Münhen klubu yarımfinalda "Real"la qarşılaşacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC