II Liqa təmsilçisi “Sheki City”nin prezidenti Elgün Hüseynov yeni işə keçib.
Presssport.az xəbər verir ki, Şəki klubunun yaradıcısı da olan adıçəkilən şəxs bu gündən Futbol İnkişaf Fondunda (FİF) işə başlayıb.
Bu haqda Hüseynov özü şəxsi “Facebook” səhifəsində məlumat yayıb. O, həmin qurumda region klubları üzrə koordinator olub. Bu yerdə bildirək ki, həmin vəzifə veteran futbolçu Nicat Qurbanovun gedişindən sonra boş idi.
Onu da bildirək ki, Hüseynov indiyədək klubunda marketinq işləriylə hər zaman gündəmdə olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC