"Ehtiram Quliyev super insandı, həmişə həm də bu insana görə yaxşı oynamağa çalışırıq" - "Turan Tovuz"un Ayxanı

  • Premyer Liqamızda cari mövsüm sona yaxınlaşdıqca avrokuboklar mübarizəsində gərginlik artır. İddiaçılar sırasında olan "Turan Tovuz"un olması mübarizəyə xüsusi rəng qatır. Tovuz klubunun aparıcı futbolçusu Ayxan Hüseynovla bu və digər məqamlarla bağlı söhbətləşdik. 
  • - Qəbələdə qələbəni son saniyələrdə qopardınız və burda oyunlarınız adətən çətin keçir. Səbəb?
  • - Bəli, bu, həmişə belə olur. Baxmayaraq ki, son pillədə gedirlər. Turnir cədvəlində vəziyyətlərinə baxmırdıq. Çalışırdıq öz oyunumuzu göstərək. “Qəbələ” yaxşı futbol nümayiş etdirdi. İkinci hissədə səhvlər buraxdıq, hesabda geri düşdük. Amma komanda xarakter göstərdi və çətin matçda qalib gələ bildik.
  • - Erkən qolla hesabı aşmalı idiniz, lakin penaltidən dəqiq yararlana bilmədiniz. Bu, sizə nə dərəcədə psixoloji təzyiq göstərdi?
  • - Yox, futbolda belə hallar olur ki, penaltidən qol da vura bilirsən, vura da bilmirsən. Rəqib qapıçı topu yaxşı dəf etdi. Əlbəttə, istənilən komanda tez qol vuranda, özünü daha rahat hiss edir, daha rahat oynayır. Amma komanda yoldaşımız penaltini qola çevirə bilmədi və buna baxmadıq. Çalışdıq hamımız onu dəstəkləyək. Bu, qarantiya deyil ki, kimsə penaltidən yüz faiz qol vuracaq. 
  • - O onda düşünmədin ki, kaş elə özüm penalti nöqtəsinə özün yaxınlaşaydım?
  • - Bizdə çox futboçu var ki, penalti zərbəsini yaxşı vurur. Amma baş məşqçi necə deyir, elə də edirik. O dedi ki, Fərid Nəbiyev vursun, deməli, belə olmalıdı. Heç vaxt bununla mübahisə etmirik.
  • - Son vaxtlar zədələr səni izləyir və hiss olunurdu ki, meydana çıxsan da, tam hazır deyilsən. Amma yarımmüdafiənin mərkəzinizdə boşluq yaranmışdı ki, məcburən oynamalı idin…
  • - Bəli, 10 günə yaxın buraxmalı oldum. Komandayla yalnız son məşqləri etmişdim. Bizdə həmin mövqedə zədəli, cəzalı futbolçumuz olduğundan, oynamalı oldum. Üstəlik, meydança ağır idi. Çalışdım komandama kömək edim. Səhvlər də vardı, yaxşı şanslarım da. Əsas odur ki, komandam qalib gəldi. 
  • - Uğurlu əvəzetmələr də öz sözünü dedi, birdən 4 hücumçununz meydanda olması da, azarkeşlərinizin sizi inanılmaz şəkildə sonadək dəstəkləməsi də…
  • - Elədi. Bizdə elə komandadı ki, məşqçilərimiz çalışır ehtiyatda olan yaxşı motivasiya eləsin. Onlar da çıxısn, özlərini sübut etsinlər. Bunun nəticəsidi ki, sonradan meydana çıxan futbolçularımız oyunu artırırlar, sürətləndirirlər. Afərin kim sonradan meydana daxil oldu - Otto Con məhsuldar ötürmə, Belajdi Pusi qol müəllifi oldu. Xarakter göstərdi, uğurlu əvəzləmələr, azarkeş dəstəyi - bəli, bunlar hamısı birgə oldu.
  • - Belə deyirlər ki, iştaha diş altında olur. Artıq “Turan Tovuz” üçün avrokubok ab-havası hiss olunur ki, real olaraq mübarizə apara bilərik?
  • - Bəli, bilərik, amma heç kim qarşımıza belə vəzifə qoymamışdı. Sadəcə, hər futbolu, hər məşqçi artırmaq, hər ildən-ilə daha motivasiyalı olmaq istəyirsə, qarşıına yüksək vəzifələr qoymalıdı. Biz də hər oyundan-oyuna artırmağa çalışacağıq. Bizdə belə vəzifə yoxdu ki, sonda mütləq avrokubok zonasında  - ilk "4-lük"də olmalıyıq. Sonadək oynayacağıq, hər matçda çalışacağıq nəticə əldə edək, sonrasına isə zamanında baxarıq. 
  • - Büdcəsi böyük klublar nəticə verməlidirlər və buna görə üzərlərində daim təzyiq olur. Sizdə isə bu, olmadığından, futbolçular rahat oynayır. Bəlkə uğurlu çıxışınızının əsas səbəbi budu? Bu planda bir futbolçu olaraq özünü necə hiss edirsən?
  • - Ola bilər dediyiniz kimidi. Bəli, bizdə digər komandalarda olduğu kimi nəticəylə bağlı təzyiq yoxdu. İddialı, böyük klublar var ki, onların belə vəzifələri var. Bu, bir az gərginlik yaradır. Amma bizdə isə belə şey yoxdu ki, yüksək yerlərdə olaq, gərginlik olsun. Sadəcə, hər oyunda çalışırıq artıraq. Hər futbolçu üçün motivasiyadı komandasıyla yüksək yerlərdə olmaq. 
  • - Abrokuboklar uğrunda əsas rəqibləriniz “Sumqayıt”la "Zirə"ylə Tovuzdakı oyunlar avrokuboklar düşmək mübarizənizdə həlledici olacaq. Evdə oynayırsınız, 6 xallıq matçlardı. Razısan?
  • - Bu mövsüm bizdə ev matçlarımız yaxşı alınır, azarkeşlərimizi daha çox sevindiririk. Çox çətin oyunlar olacaq. Yaxşı formada olmalıyıq. Hər ikisi çox yaxşı komandadı, turnir cədvəlində üst pillələrdədi. Baxarıq, biz az üstünlüyümüz var ki, evdə oynayırıq. Amma buna baxmayarq, bizə elə də asan olmayacaq. 
  • - Futbolçu üçün pul da vacibdi. Yəqin, bu da sizə əsas stmul verir…
  • - (gülür) Əlbəttə. 
  • - Klub rəhbəriniz Ehtiram Quliyev səxavətli insandı?
  • - Ehtiram müəllim ümumiyyətlə, super insandı. Ona çox minnnətdarıq, çox böyük hörmətimiz var. Həmişə həm də bu insana görə yaxşı oynamağa çalışırıq. Çünki bizi daim dəstəkləyir. Bir klub rəhbəri olaraq həmişə, səfər matçlarında yanımızda olur. Tovuza 5 saatlıq yoldu, Qəbələyə 3-4 saat. Buna rəğmən, həmişə bizimlədi, biz də çox hörmət bəsləyirik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC