“Hələ 3-dü dövrədə oynayanda da demişdim ki, ”Sumqayıt"ın özünəməxsis oyun üslubu var, Yaxşı, dinamik komandadı. Nə qədər itkiləri olsa, həmin mövqedə oynayan futbolçuları var. Əlbəttə, hər bir oyunçunun itkisi komandaya təsir edir. Eyni vəziyyət bizdədədi, böyük itkilərimiz var. Çətin oyun gözləyir bizi".
Bu fikirləri Presssport.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Premyer Liqanın XXXI turunda Tovuzda qarşılaşacaqları “Sumqayıt” Abbasov üçün adi bir komanda deyil. Belə ki, “Sumqayıt”a tarixində ən yaxşı nəticələrə məhz adıçəkilən mütəxəssis baş məşqçisi olan dövrdə qazandırıb. Maraqlıdı, 43 yaşlı Abbasov üçün keçmiş komandasıyla matça yenə prinsipial yanaşır?: "Yox, "Sumqayıt" mənim üçün digər rəqiblər kimidi. Bu gün çətin oyunlarımızdandı. “Sumqayıt” iddialıdı, biz də yuxarı pillələrdə qalmaq istəyirik. O biri matçlar necə, bu da elədi".
"Turan Tovuz"un avrokuboklara şansları haqda çox danışılır. Üstəlik, UEFA nümayəndəsi Tovuz şəhər stadionunda olaraq baxış keçirib. Bunlar komandaya əlavə motivasiya verir, yoxsa əksinə, psixoloji təzyiq yaradır? Abbasovu dinləyək: “Bu dəqiqə bir baş məşqçi kimi istəməzdim bu avrokubok söhbəti çox qabardılsın. Çalışıram futbolçularımızı oyundan-oyuna hazırlayım. Hazırda ilk fikrimizdə olan rəqib “Sumqayıt”dı. Qələbə qazansaq, əlbəttə, avrokuboklar şanslarımız daha da artacaq. Stadionla bağlı proseslərin getməyin, bu qədər mediaya çıxmağın o qədər də tərəfdarı deyiləm. Futbolçulara istər-istəməz təsir edə bilər. Çalışıram onları oyunlara hazır edə bilim".
Mediada həmçinin "Turan Tovuz"un bu gün uduzdurulacağı, hakimlərin qonaq komandanı “dartacağı” haqda da yazılar səngimir, süni ajiotaj yaradılır: “Bilmirəm nədən qaynaqlandı bu söhbət. Ola bilər son günlərdə oyunlarda olan bəzi qərarlarla bağlıdı. Dediyim kimi, çətin oyun olacaq və yəqin, idarəçilik təcrübəli hakimlərə tapşırılar ki, bu səhvlər olmaz. Çünki çempionatın sonuna gəldikcə heç bir klubun hakim səhvindən məğlub olmasını istəmirəm. Fərqi yoxdu bizim, yaxud digər oyunlar olsun - bunu arzulamıram. Əlbəttə, hakimlərə də çətin olacaq. Lakin yaxşı, bu yükün altına girəcək hakimlərimiz var. inşallah, deyilənlərin heç biri baş verməz. Çünki həqiqətən son oyunlarda hansısa hakim səhvlərinə görə bir klubun belə deyim bir il çəkdiyi əziyyət boşa gedə bilər. Buna görə hər kəs çox diqqətli olmalıdı - Hakimlər Komitəsi, AFFA. Son oyunlarda konsentrasiya həqiqətən yüksək olmalıdı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC