"Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
Presssport.a xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2022-ci ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
Xatırladaq ki, qəbələlilər bunadək də israilli yarımmüdafiəçi - Gilad Abramovla müqaviləsini pozmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC