"Qəbələ” Premyer Liqanın XXXI turunun “Qarabağ”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.
Presssport.az xəbər verir ki, iki futbolçu komandanın məşqinə qatılmayıb.
Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC