Kişi şahmatçılar arasında Azərbaycan çempionatında IX turun partiyaları oynanılıb.
Pressssport.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.
Çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyliylə xalı yarı bölüb. Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə və Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb.
Reqlamentə əsasən, 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək.
Sabah başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Muradlı 4-cü yerdə qərarlaşan Rəsulova, 2-3-cü yerləri tutan Süleymanlı isə Babazadəyə rəqib olub.
Yarımfinal iki oyundan ibarət olacaq. İlk oyunda Babazadə və Rəsulov ağ fiqurlarla yarışacaq.
Xatırladaq ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC