“Turan Tovuz” Premyer Liqada evdə ilk böyükhesablı məğlubiyyətini alıb.
Presssport.az xəbər verir ki, bu, Premyer Liqanın XXXI turunun açılış matçında qəbul etdiyi "Sumqayıt"la görüşdə baş verib.
Belə ki, Ayxan Abbasovun komandasının 90+5-ci dəqiqədə buraxdığı qolla öz meydanında ilk darmadağını reallaşıb. Maraqlıdı ki, bu qolun müəllifi olan ekvadorlu yarımmüdafiəçi, bu ilin əvvəlində “Sumqayıt”a keçən Cordan Rezabala ölkəmizdə qol hesabını açıb.
Məlumdu ki, Tovuz 10 il fasilədən sonra Premyer Liqaya yeni təmsilçisi “Turan Tovuz”la qayıtdı. Bu komanda başa çatmaqda olan 2-ci mövsümündə bunadək evdə ən azı 3 top fərlqə uduzmamışdı. Bunlar ən pis halda 2 top fərqiylə olmuşdu. “Turan Tovuz” evdə uda bilmədiyi tək rəqib "Qarabağ"dı ki, ondan da darmadağın almamışdı.
Bilindiyi kimi, Tovuzun Premyer Liqada ilk təmsilçisi “Turan” yüksək liqada son olaraq 2012/13 mövsümündə çıxış edib. Maraqlıdı ki, onun son matçı evdə məhz “Sumqayıt”la olub. Sadəcə, 2013-cü ilin mayın 20-də keçirilən həmin XXXII turun matçında tovuzlular ümumiyyətlə, uduzmamış, 2:1 hesablı qələbə qazanmışdı.
Tovuz öz təmsilçisinin Premyer Liqada evdə son böyük hesablı məğlubiyyətini məhz həmin son mövsümdə görüb. Bu, XXIV turda martın 30-da “Rəvan”a 2:6 hesabıya olub. Göründüyü kimi, 11 ildən, daha dəqiq desək, 133 aydan sonra belə üzücü nəticə qeydə alındı.
Xatırladaq ki, “Sumqayıt” Abbasovun “Turan Tovuz”adək son klubu olub və tarixində hələ ki ən yüksək nəticələrə - Premyer Liqanın medalçısı olmağa, avrokuboklara çıxmağa və ölkə kubokunun finalında iştirak etməyə məhz 43 yaşlı adıçəkilə mütəxəssisin rəhbərliyi altlnda nail olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC