“Fikrimcə, "Sabah"la həmişə maraqlı, bol qollu oyunlarımız olub. Bu mövsüm kubokda da yollarımız kəsişdi. Bir sözlə, yaxşı tanış rəqibdi".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
Premyer Liqanın hesabat turunda sabah “Sabah”ı Tovuzda qəbul edəcək gəncəlilər xal ehtiyatını artırmaq iddiasındadı. Şükürov rəqibdə baş məşqçi dəyişikliyinə toxunub: “Sadəcə, indi yeni baş məşqçidi. Əvvəlki oyunlarımızın hamısında bu postda Murad Musayev idi. Yeni baş məşqçinin - xorvatiyalı Krunoslav Renduliçin yeni baxışları, oyuna yeni yanaşması var. Buna görə çalışacağıq ki, öz oyunumuzu, fikriləşdiyimiz futbolu oynayaq, rəqibə uyğun yox, rəqibi öz oyunumuza uyğunlaşdıraq”.
“Kəpəz" məhz bu turda Premyer Liqada qalmasını rəsmiləşdirə bilər ki, 47 yaşlı baş məşqçisi buna da kökləndiklərini vurğulayıb: “İnşallah, işi tam olaraq sona çatdırmaq istəyirik. Amma bununla belə, futbolçularla da bu haqda danışırıq ki, hələ bundan sonra qarşıda çox oyun var. Çünki ”Sabah"la görüşdən sonra bizi hələ 5 tur gözləyir. Hər birində maksimum çalışıb yaxşı nəticə qazanmaq istəyirik. Turnri cədvəlində st pillələrə çıxmaq lazımdı. İnşallah, çıxdıqca artıq bundan sonra hədəf dəyişir, bir daha daha üstdəki komandanı keçməyi hədəfləyirsən".
Xatırladaq ki, hazırda 9-cu pillədə olan “Kəpəz” son pillədə gedən “Qəbələ”ni 15 xal qabaqlayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC