"Qarabağ"ın legioneri Marko Yankoviçin son durumu bəlli olub. “İnstaqram”da izləyiciləri üçün paylaşdığı şəkildə qolunun birinin sarğıda olan monteneqrolu futbolçunun vəziyyətiylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Presssport.az-a məlumat verib.
Belə ki, onun sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçi son məşqlərdən birində qolundan zədə alıb. Marko bu üzdən bir neçə məşqi buraxacaq.
Amma zədə çox ciddi deyil və Yankoviçin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı ilk matça (15 fevral) kimi hazır olacağı gözlənilir.
Futbolçunun Premyer Liqada qış fasiləsindən sonra ilk turda - yanvarın 23-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Araz-Naxçıvan"la görüşü buraxacağı dəqiqdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC