"Qalatasaray"dan Burukla yeni müqavilə - 2,5 dəfə artımlı maaş

"Qalatasaray" baş məşqçisi Okan Burukun gələcəyi ilə bağlı qərar verib.

Presssport.az xəbər verir ki, Türkiyə mətbuatı İstanbul təmsilçisinin 50 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadacağı haqda məlumat yayıb.

51 yaşlı türkiyəli məşqçinin maaşı da artırılacaq. Belə ki, onun hazırda illik 20 milyon TL olan əməkhaqqısı 50 milyon TL-yə yüksəldiləcək.

Xatırladaq ki, Buruk 2022-ci ilin yayından "Qalatasaray"ı çalışdırır. "Sarı-qırmızılar" ötən mövsüm onun rəhbərliyi altında ölkə çempionu olub, bu mövsüm isə 32 turdan sonra 87 xalla liderdi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC