Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub.

 

Presssport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçilərindən "İmişli" "Qaradağ Lökbatan"a (4:1), "Şamaxı" isə "Hypers"ə (5:1) qalib gəlib.

 

I Liqa təmsilçilərindən "Şahdağ Qusar" MOİK-i böyük hesabla məğlub edib - 9:1.

 

Bu nəticələrdən sonra "İmişli", "Şamaxı" və "Şahdağ Qusar" 1/8 finala vəsiqə qazanıb.

 

Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC