"Sumqayıt" güləşçiləri "Gəncə Kuboku"na sahib çıxıblar

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə güləş üzrə "Gəncə Kuboku" keçirilib.

 

Presssport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnir komanda yarışından ibarət olub.

 

İlk dəfə keçirilən "Gəncə Kuboku"nda 8 komanda çıxış edib. U-15 yaş qrupu üzrə təşkil edilən yarışda "Sumqayıt" güləşçiləri kuboka sahib çıxıb. "Gəncə-1" komandası 2-ci, "Lənkəran" kollektivi isə 3-cü yeri tutub.

 

Turnirin keçirilməsində məqsəd yeniyetmə idmançılar arasında rəqabət mühitini gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli güləşçilərin üzə çıxarılmasına şərait yaratmaq olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC