“Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.
Presssport.az xəbər verir ki, bu haqda Tovuz klubunun mətbuat xidməti məlumat yayın.
Bildirilir ki, Birbilet.az saytından istədiyiniz sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərsiniz. Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir. Şəhid ailələri və qazilərimiz onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionumuzun kassasından ödənişsiz əldə edə bilər. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlərimiz isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcək.
Stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.
Xatırladaq ki, Tovuz şəhər stadionundakı matç oktyabrın 30-da saat 18:30-da keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC