Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub

"Kəpəz" futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb.

 

Presssport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" ilə üz-üzə gəlib.

 

Qarşılaşma Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Digər matçlarda "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar", MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2) məğlub edib.

 

Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC