"Neftçi" "Şamaxı" ilə oyuna itkiylə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Şamaxı” ilə səfər matçının hazırlığını davam etdirir.

Presssport.az xəbər verir ki, “Turan Tovuz” ilə ev oyunundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan komandanın üzvləri dünən məşqlərə start verib.

“Ağ-qaralar” bu gün növbəti məşqə çıxıb. Futbolçular əvvəlcə “Palms Sports” Futbol Mərkəzindəki trenajor zalında, sonra isə meydançada hazırlaşıb.

Braziliyalı müdafiəçi İqor Ribeyro cəzalı olduğu üçün qarşıdakı oyunda iştirak etməyəcək.

Xatırladaq ki, Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü noyabrın 1-i saat 15:00-da başlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC