“Turan Tovuz”dan "Fənərbaxça"yla oyuna görə 50 min manat ianə və “Dirçəliş Kuboku”na əsas tərəfdaşlıq

“Turan Tovuz” Futbol Klubu (FK) bu ilin 3 oktyabr tarixində Bakıda Türkiyənin “Fənərbaxça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.

Presssport.az xəbər verir ki, bu haqda Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

O da bildirilir ki, bununla yanaşı, klub QDF-in təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.

Bu yerdə bildirək ki, ki, QDF ilə “Turan Tovuz” futbol klubu arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası 28 sentyabr 2026-cı il tarixində QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.

Peşəkar futbol klubunun bu xeyriyyə turnirinə əsas tərəfdaş qismində dəstək verməsi idmanın yalnız meydandakı rəqabətdən ibarət olmadığını və bütün idman ictimaiyyətinin Qarabağın dirçəlişi kimi ali bir məqsəd ətrafında sıx birləşdiyini nümayiş etdirir.

QDF bu təqdirəlayiq təşəbbüsə və göstərilən dəstəyə görə “Turan Tovuz” futbol klubuna təşəkkürünü bildirir.

Məlumat üçün bildirək ki, QDF-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilati dəstəyi, “CBC Sport” telekanalının və 1news.az informasiya portalının media tərəfdaşlığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin 3-cü mövsümündə 44 komanda qalib adı uğrunda mübarizə aparacaq.

Turnirdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

Qeyd olunmalıdır ki, iştirakçı komandalar yaşıl meydanda güclərini sınamaqla yanaşı, həm də Qarabağda idmanın bərpasına birbaşa tarixi töhfə vermiş olacaqlar.

Turnirlə bağlı ətraflı məlumatı https://revivalcup.az/ saytına keçid edərək əldə edə bilərsiniz.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC