UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub

"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında məğlub olub.

 

Presssport.az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.

 

II təsnifat mərhələsinin "Azərsun Arena"da baş tutan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

 

"Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Rəqibin heyətində Yona Benkotiç 54-cü dəqiqədə penaltidən yararlana bilməsə də, 67-ci dəqiqədə tarazlığı bərpa edib. 90-cı dəqiqədə isə Roko Ban Zaqreb təmsilçisinin qələbə qolunu vurub.

 

Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu noyabrın 4-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC