"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

"Neftçi"nin futbolçusu İqor Ribeyro iki oyunluq cəzalanıb.

 

Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

Buna müdafiəçinin Misli Premyer Liqasının IX turunda "Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. "Neftçi" buna görə 1000 manat cərimələnib.

 

Bundan əlavə, "Araz-Naxçıvan" 700 manat cərimələnib. Naxçıvan təmsilçisi "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb. "Qəbələ"dən isə 5 nəfər sarı vərəqə aldığı üçün eyni məbləğ ödəniləcək.

 

"Şamaxı"nın 5 oyunçusu "İmişli" ilə qarşılaşmada sarı vərəqə aldığından klub 700 manat ziyana düşüb.

 

Bundan əlavə, "Şəfa" klubuna 1500 manat cərimə tətbiq edilib. "Kəpəz"lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiq edilməsi buna səbəb olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC