"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını keçirib.
Presssport.az-ın məlumatına görə, turnirin əsas mərhələsinin II turunda Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan qarşılaşmada Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.
Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC