"Neftçi" Azərbaycan Kubokunun yeni qalibi oldu

“Neftçi” Azərbaycan Kubokunun qalibidi

Bu gün "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun final oyunu baş tutub. 

Presssport.az xəbər verir ki, dolu tribunalar qarşısında keçirilən "Neftçi" - “Xəzri” oyununa nominal qonaqlar üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük yaxalayıb. Lakin sonradan geridönüş etməyi bacaran “Neftçi” yekunda 65:61 hesablı qələbə qazanaraq, Kubokun sahibi olub. 

Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi" dən Ulaş Turqut seçilib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ulaş Turqut - 15 xal, 8 ribaund), "Xəzri" (Cordan Perkins - 15 xal, 13 asist)

Xatırladaq ki, keçən mövsüm “Gəncə” bu titula sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC