"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır

İngiltərənin "Çelsi" klubu "Mançester Siti"nin futbolçusu Mateo Kovaçiçi yenidən öz sıralarına cəlb etmək variantını araşdırır.

 

Presssport.az xarici media mənbələrinə əsasən məlumat verir ki, London klubunun rəhbərliyi komandanın yarımmüdafiə xəttindəki mövcud durumdan ciddi narahatlıq keçirir.

 

Bir sıra futbolçunun "zadəganlar"ın sıralarını tərk etməsi, başqalarının isə zədə ilə üzləşməsi bu mövqedə çatışmazlığa səbəb olub.

 

Nəzərdə tutulan namizədlər arasında Mateo Kovaçiç də var. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

 

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2023-cü ildə "Çelsi"dən "Mançester Siti" klubuna transfer olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC