"Qəbələ" Azərbaycan Premyer Liqasının xxxxı turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib: "Pozitiv məqam odur ki, bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Nəzərə alaq ki, rəqibimiz "Qarabağ" idi. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Bu da pozitiv məqamdır. "Qarabağ"a qarşı oynamaq çətindir. Futbolçularımız bəzi səhvlər etdilər. Bu da bu günün neqativ tərəfidir. Sadə səhvlərdən top itirirdik. Qarşıda bizi "Kəpəz"lə ilin oyunu gözləyir. Bütün fikrimizi həmin matça yönəltməliyik".
Xatırladaq ki, turnir cədvəlində son yerdə gedən "Qəbələ" özündən 1 pillə irəlidə, 1 oyunu ehtiyatda olan “Kəpəz”dən 14 xal geri qalır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC