"Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandam üçün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXI turunda "Qəbələ" ilə evdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis növbəti turda qarşılaşacaqları "Sumqayıt"la matç barədə söyləyib: "Sumqayıtda oynamaq həmişə xoşdu. Onlar yaxşı oyun göstərir və yaxşı formaya çatıblar. Maraqlı oyun olacaq. Yeni stadionda olmamışıq, yaxşı azarkeş toplumu olacaq. Məncə, azarkeşlər üçün də maraqlı matç keçəcək".
Qurbanov komandanın oyuna kökləməyin çətin olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb: "İş saatım eyni olaraq qalır. Bəzi detallar var, ora daha çox vaxt ayırırıq. Bir az elə dəyişikliklər var. Çalışırıq ki, rotasiyalar edək, hər oyunçunun təcrübəsi olsun, formasından uzaqlaşmasın. Proqram üzrə gedirik. İş prinsiplərimizi qorumağa çalışırıq".
O, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov gələcəkdə "Qarabağ"ı çalışdırmaq istədiyini deməsi fikrinə də münasibət bildirib: "Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC