Bojoviç say üstünlüyü ilə uduzacaqlarını inanmazmış: "Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik"

"Neftçi" Premyer Liqanın XXXI turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransına bu fikirlərlə başlayıb: "İlk hissədə yaxşı oynayırdıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edən tərəf biz idik. Rəqib qırmızı vərəqə gördükdən sonra oyunçularım düşündülər ki, daha asan qələbə qazanacaqlar. "Zirə" azlıqda qalandan sonra toparlandı. İki standart vəziyyətdən qapımıza qol vurdular. Bu, gözlənilməz oldu. Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik".

"Neftçi" 10 nəfərlə qalan rəqibə məğlub olursuz. Maraqlıdı. nə baş verir? Monteneqrolu mütəxəssisi dinləyək: “Bu, futboldur. Futbolda bəzən belə hallar olur. Say üstünlüyü olsa da, məğlub olursan. Buna görə də hamı futbolu bu qədər sevir. Öncədən proqnozlaşdırmaq mümkün deyil. Mən də inanmazdım ki, say üstünlüyü ilə məğlub olarıq”

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC