2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb

Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında mərhələ adlayıb.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelisi (Yunanıstan) 5:0 hesabı ilə məğlub edib.

O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.

Xatırladaq ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC