"Araz-Naxçıvan"la matçda simptomlar vardı, çıxdı oynadı, bundan sonra xəstəliyində ağırlaşma oldu"

“Ehtiram hələ də xəstədi, Bakıda ev şəraitində müalicə alır. Bu üzdən artıq bir müddətdi düşərgəmizdə yoxdu”. 

Bu sözləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib. 

Gəncəlilərin əsas heyət üzvlərindən olan sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyevin yoxluğuna toxunan təcrübəli mütəxəssisin müalicənin hələ də sürdüyünü söyləyib: “Boğazında şiş olduğuna görə çirk edir. Bu da qızdırma verir. Gözləyirik görək nə vaxt sağalar…Əslində, bu vaxtadək sağalmalı idi. Qan analizi verdi, hər şey qaydasındadı. Amma göründüyü kimi, xəstəliyi ağır keçirir. “Araz-Naxçıvan”la matçda simptomlar vardı, çıxdı oynadı. Bundan sonra ağırlaşma oldu, hələ də müalicə olunur".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC