“Sabah” Premyer Liqanın XXXI turunda “Kəpəz”lə Tovuzda hazırda keçirilən matça ciddi itkilərlə çıxıb.
Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, köhnə zədəlilər olan yarımmüdafiəçilər Kristian Sebalyos, Namiq Ələsgərov, Vinsent Tilə daha 3 futbolçu qoşulub.
Bunlar qapıçı Nicat Mehbalıyev, müdafiəçi Boyan Letiç və Şarl Marqaritadı. Nocat onlardan fərqli zədəli deyil, xəstələnib. Bu trionun problemi ciddi deyil və növbəti tura hazırlıqda iştirakları gözlənilir.
“Sabah” Tovuza müdafiəçisi Maruan Hadudini da gətirməyib. Onda isə problem vərəqə limitini aşaraq cəzalı duruma düşməsidi.
Xatırladaq ki, 2-ci hissəsi gedən matçda “Sabah” hesabda 2:1 irəlidədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC