Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.
Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi rəqibinə uduzub. 14 turun nəticəsinə əsasən, N.Abasov 3,5 xalla sonuncu - 8-ci yeri tutub..
Turnirinin qalibi 9 xalla Qukeş olub. Üçüncü yeri tutan Nepomnyaşi turnirdə bir dəfə də uduzmayan (3 qələbə, 11 heç-heçə) yeganə şahmatçı olub.
Qeyd edək ki, qadınlar arasında İddiaçılar Turnirinin qalibi 9 xalla Çin şahmatçısı Tan Çjunyi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC