“Yurqorden”in idman direktoru Bosse Andersson azərbaycanlı futbolçuları Musa Qurbanlı haqda danışıb.
Presssport.az xəbər verir ki, klub rəsmisi Musanın az oynadığına görə komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək, gənc futbolçunun kluba belə bir fikirdə olduğunu demədiyini qeyd edib: “İndi ”transfer pəncərəsi" bağlıdı. Heç bir müzakirə aparmırıq. Bəli, Azərbaycanda media onu çox izləyir. Amma Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasan, məyus olursan. Musada da durum belədi".
Xatırladaq ki, 22 yaşlı Qurbanlı İsveç çempionatının son iki turunda "Yurqorden"in iştirak ərizəsində yer almayıb. Onun keçən yay “Qarabağ”dan keçdiyi klubuyla 2026-cı ilin iyununa qədər müqaviləsi var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC