Premyer Liqamızda bu ilin ilk turunu 7 futbolçu cəza üzündən buraxacaq. Presssport.az xəbər verir ki, onlardan yalnız Samuel Tetteh aldığı qırmızı vərəqəyə görə cəzası davam edəndi.
Belə ki, “Qəbələ”nin qanalı yarımmüdafiəçiylə bağlı apellyasiya şikayəti təmin olunmadığından, cəzası qüvvədə qaldı. Samuelin qalan 2 oyunluq disskavilifakiyası şərti olduğundan, bu turda bitir.
Digər cəzalılar isə vərəqə limitini aşanlardı. “Qəbələ”də digər cəzalı məhz bu problemlə üzləşəndi. Söhbət müdafiəçi Rauf Hüseynlidən gedir. Onlar "Sumqayıt"la ev matçını kənardan izləyəcəklər.
“Zirə”də də 2 cəzalı futbolçu var. Bunlar müdafiəçi Məqsəd İsayevlə yarımmüdafiəçi Eldar Quliyevdi. Onlar da 4-cü sarı vərəqə almağın cəzasını çəkir və “Səbail”lə səfər görüşündə heyətdə olmayacaqlar.
“Sabah”la “Kəpəz”in sağ cinah müdafiəçiləri - Amin Seydiyevlə Ehtiram Şahverdiyev müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”la ev matçlarında cəzalı olacaqlar.
“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Vanderson Melo “Qarabağ”la səfər oyununda komandasına kömək edə bilməyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC