Azərbaycan Kubokunda cavab yarımfinal başlama saatı açıqlanıb

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub.

Presssport.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” görüşəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Xatırladaq ki, bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC