“5 aydan sonra yenidən meydana qayıtmaq bir qədər ağır idi”.
Presssport.az xəbər verir ki, unu “Səbail”in kapitanı, dünən “Araz-Naxçıvan”a qarşı keçirilən oyunda 5 aylıq fasilədən sonra yenidən yaşıl meydana qayıdan Ağabala Ramazanov deyib.
Ötən ilin noyabr ayında “Turan Tovuz"a qarşı matçda rəqiblə toqquşmadan sonra huşunu itirən futbolçu yenidən meydana qayıtdığı üçün xoşbəxt olduğunu söyləyib: “Artıq 31 yaşım var. Amma yenə də həyəcanlı idim. Çünki 5 ay az müddət deyil. Allaha şükür ki, yenə də meydandayam, sevdiyim işlə məşğulam. Futbolda ilk addımlarımı atarkən necə sevincliydimsə, yenə də eyni hissləri keçirirəm. Meydanda az olsam da, çox xoşbəxtəm idim”
O, artıq tam bərpa olduğunu vurğulayıb: “Pis günlər artıq geridə qalıb. Həkimlər xüsusi qoruyucu ilə oynamağıma icazə verirlər. Sağlamlığım üçün heç bir qorxu yoxdur”. Ramazanov “Səbail”in avrokuboklar şansından da söz açıb: “Komanda son 5 turda qələbə qazana bilməmişdi. Nəhayət ki, bu uğursuz seriyaya son qoyduq. Lakin 1 qələbədən sonra avrokuboklardan danışmaq bir qədər düzgün çıxmaz. Əlbəttə, komandada hər bir futbolçu istəyir ki, yüksək yerlər uğrunda mübarizə aparsın. İmkan varsa, niyə də olmasın? Bura qədər irəliləmişiksə, davamını da gətirə bilərik. Ona görə də əlimizdən gələni edəcəyik”.
“Araz-Naxçıvan”la görüşü tribunadan izləyən Ağabalanın qızı ağır zədədən sonra geri dönən atasına pankart həsr etmişdi. 31 yaşlı futbolçu qeyd edib ki, “Xoş gəldin, ata” sözləri yazılmış pankartdan xəbərsiz olub: “Həmin pankartdan əvvəldən xəbərim olmayıb. Meydanda olarkən gördüm. Stadiona də mənə demədən gəlib. Təbii ki, bu, çox xoş oldu. Mənim üçün sevincli anlardan biri idi”. (futbolxeber.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC