Musa Qurbanlı meneceri mümkün ayrılıqdan danışıb: "Son iki turda adının iştirak ərizəsinə daxil edilməməsi bizdə təəccüb və hiddət doğurub"

“Yurqorden”də çıxış edən Musa Qurbanlının komandadan ayrılacağı barədə iddialara aydınlıq gətirilib.

Presssport.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Tural Əsgərov “ARB 24” kanalına açıqlama verib. 

O, klubun hücumçuya qarşı inamsızlıq etdiyini deyib:

“Musanın “Yurqorden”dəki gələcəyi barədə danışmaq çətindi. Komandanın qışda etdiyi yeni transferlərdən heyətdə rəqabət yaranacağı hiss olunurdu. Ancaq son iki turda Musanın oyunların iştirak ərizəsinə daxil edilməməsi bizdə təəccüb və hiddət doğurub. Klubun bu davranışı Qurbanlıda da inamsızlıq yaradıb. Bu barədə artıq “Yurqorden” rəhbərliyi ilə danışıb narazılığımızı bildirmişik".

Əsgərovun sözlərinə görə, qarşıdakı “transfer pəncərəsi”ndə Musa “Yurqorden”dən ayrıla bilər. Bu, iyundan tez baş tuta bilməz. Hazırda onun “Qarabağ”a və ya digər bir kluba keçib-keçməyəcəyi bəlli deyil”.

Xatırladaq ki, millimizin 22 yaşlı hücumçusu ötən yayda İsveç klubu ilə 3 illik müqavilə bağlamışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC