Türkiyə I Liqasında XXXI tura yekun vurulub.
Presssport.az xəbər verir ki, millimizin futbolçularının forma geyindiyi komandalar üz-üzə gəlib.
Belə ki, Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Onların hər ikisi matça start heyətdə meydana çıxıb. Coşqun 79-cu dəqiqədə əvəzlənibsə, Ramil 90 dəqiqə meydanda olub.
31 turdan sonra 52 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Xallarını 37-yə yüksəldən "Ümraniyespor" isə 11 yerdədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC