Parataekvondo millimiz Qubada təlim-məşq toplanışına başlayıb

Parataekvondo üzrə Azərbaycan millisi bu gün Qubada təlim-məşq toplanışına başlayıb.

Presssport.az xəbər verir ki, yayda Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan toplanışa 6 idmançı cəlb edilib.

Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi təlim-məşq toplanışında Sabir Zeynalov, Amin Əliyev, Amin Şıxəliyev (hamısı 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) iştirak edirlər. Hazırlıq prosesi mayın 4-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC