Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb. Hesabat turunda Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbəylə başa vurub.
Avropa çempionatı
Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0
Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə – 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0
Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva – 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva – 0,5:0,5
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) - 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva – 0,5:0,5
Şlomit Vardi (İsrail) - Nərmin Abdinova – 0,5:0,5
Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşür. Bu gün keçiriləcək 5-ci turda Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC